Загрузка...

Səudiyyə Ərəbistanı müxalif jurnalist Camal Khaşoqinin ölümü ilə bağlı bəyanat hazırlayır.

Oxu.Az xəbər verir ki, bu barədə CNN iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Ər-Riyad jurnalistin ölümünə “plan üzrə getməyən dindirilmə”nin səbəb olduğunu bəyan edəcək. Habelə günahkar olan şəxslərin axtarılaraq məsuliyyətə cəlb olunacağına dair vədlər veriləcəyi deyilir.