Загрузка...

Türkiyədə baş verən hadisə eşidənləri kövrəldir.

BAKU.WS xəbər verir ki, Kocaeli Universitetinin həyətində bir it hər kəsin diqqətini çəkib. Onun ağzında daş saxlaması və onu yerə atmaması marağa səbəb olub.

3 ildir ağzında daş gəzdirən itin bu əməli insanı kövrəldir – VİDEO

Universitetin tələbələri nə qədər çalışsalar da, həmin daşı itin ağzından ala bilməyiblər. Tələbələr itin sahibi ilə əlaqə saxlayıblar. Məlum olub ki, həmin heyvan 3 ildir bir daş parçasını balası kimi qoruyur.

3 ildir ağzında daş gəzdirən itin bu əməli insanı kövrəldir – VİDEO

Heyvan yemək yeyərkən belə daşı ağzından yerə atmır. Bu səbəbdən də, daş onun ağzını yaralayıb.

İtin bu sirli davranışının tarixçəsi 3 il əvvələ təsadüf edir.

3 ildir ağzında daş gəzdirən itin bu əməli insanı kövrəldir – VİDEO

Belə ki, it balalarını itirdikdən sonra meylini küçüklərinin yanında öldüyü daş parçasına salıb. Həmin daş parçasını özü ilə gəzdirən it, bəlkə də balalarının iyini ondan duyduğu üçün belə edir.