Загрузка...

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina güvəndiyini deyib.

Oxu.Az-ın məlumatına görə, Tramp bu barədə CBS telekanalına müsahibə verərkən danışıb.

Aparıcının Şimali Koreya liderinin ittihamlarını xatırlatmasına Donald Tramp belə cavab verib:

“Bəli, mən ona etibar edirəm. Bu o demək deyil ki, mən yanıla bilmərəm. Mən uşaq deyiləm və bütün bu baş verənlərdən xəbərdaram”.

Xatırladaq ki, iyun ayında ABŞ prezidenti ilə Şimali Koreya lideri Sinqapurda bir araya gəlib. Görüş zamanı liderlər Koreya Yarımadası haqqında bir sıra məsələləri müzakirə ediblər.