Загрузка...

ABŞ-da polis əməkdaşlarına şübhəli şəxslərdən götürdükləri və bu il istehsal olunan “iPhone”lara baxmaq qadağan edilib.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu, yeni telefonlarda sifət cizgilərini tanıyan “Face ID” funksiyasının olması ilə əlaqədardır.

Məsələ burasındadır ki, telefonu yalnız sahibi sifətinə yaxınlaşdırararq kiliddən çıxara bilər. Beş uğursuz cəhddən sonra isə xüsusi parol tələb olunur.

ABŞ qanunlarına əsasən, şübhəli şəxs kodu təqdim etməyə də bilər. Bu isə istintaqın aparılmasında ciddi maneələr yaradacaq və hüquq mühafizə orqanları tələb edilən məlumatları əldə etməkdə çətinlik çəkəcək.