Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 12:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, sürüşmə zonasında müşahidələr davam etdirilir.
Saat 12:00-a olan məlumata görə sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.