Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Münxen “Bavariya”sının yeni baş məşqçisi təyin oluna bilər.
“Report” “Mirror”a istinadən xəbər verir ki, alman klubu rəhbərliyi komandanın göstərdiyi son nəticələrdən narahatdır və hazırkı baş məşqçi Niko Kovaçı istefaya göndərmək imkanlarını nəzərdən keçirir.
Zidan “Real”a 2016-2018-ci illərdə rəhbərlik edib. O, komandanı İspaniya çempionu etməklə yanaşı, üç dəfə ardarda Çempionlar Liqası kubokunu götürüb.