Загрузка...

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu amerikalı Ketrin Mayorqa ilə intim əlaqənin detallarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, Ronaldunun istintaqa ifadəsinin stenoqramını Football Leak saytı “Spiegel” nəşrinə istinadən yayıb.

O bildirib ki, Ketrin intim yaxınlıq üçün özünü əlçatan etsə də, bir neçə dəfə bunu istəmədiyini deyib.

Futbolçunun sözlərinə görə, 5-7 dəqiqə davam edən cinsi akt zamanı Ketrin qışqırmayıb.

Baş verənlərdən sonra Ronaldu ondan üzr istədiyini bildirib.

Qeyd edək ki, K. Mayorqa Ronaldu tərəfindən zorlandığını iddia edib.