Загрузка...

Bakı sakini özünü yandırıb.

Medianews.az “open.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb

Belə ki, rayon sakini, 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviç rayon ərazisində yerləşən parkların birində üzərinə neft tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində yanğın söndürülüb və o dərhal xəsatəxanaya aparılıb.

A.Kononov təqüadə çıxa bilməməsinə etiraz edərək özünü yandırıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.