Загрузка...

Sumqayıt sakini itkin düşüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 45-ci məhəlləsində baş verib.

Həmin məhəllənin ev 7/79 mənzil 48 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Quliyev Sələddin Çərkəz oğlu sentyabrın 19-da evdən çıxaraq Bakı şəhərində yaşayan qardaşının evinə gedib. O, bir neçə saat qardaşının evində olduqdan sonra mənzili tərk edib və bir daha geri qayıtmayıb.

S.Quliyev barədə məlumatı olanlardan (018) 65-4-42-03, 055-502-17-19 telefon nömrələrinə zəng etmələri və ya Sumqayıt şəhər Polis İdarəsinə məlumat vermələri xahiş olunur.