Загрузка...

Mingəçevirdə intihar hadisəsi olub.

“Report””un Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında “Energetik” yaşayış massivinə daxil olan “Vaqon şəhərcik” adlanan ərazidə baş verib.

Kimliyi hələlik məlum olmayan gənc Qarabağ kanalının sahilində özünü silahla vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

***

Mingəçevir şəhərində odlu silahla özünə qəsd edən şəxsin kimliyi məlum olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, bu, Məmmədov Əli Rəsul oğludur.

Məlumata görə, o, avtomatik silahla çənə nayihəsinə iki dəfə atəş açıb və yerindəcə ölüb. Meyit tibbi ekspertiza məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, tam məlum deyil.