Загрузка...

Rusiyalı dünya çempionu Həbib Nurmaqomedov UFC (Mütləq Döyüş Çempionatı) rəhbəri Dana Uaytı (Dana White) hədələyib.

BAKU.WS xəbər verir ki, Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqoru məğlub etsə də, yarışdan sonrakı davaya görə mükafatlandırma mərasimi bir neçə saat təxirə salınmışdı.

İdmançı UFC prezidentinə ünvanladığı sözlərini sosial şəbəkədə paylaşıb:

“Dana Uayt, bəxtin gətirdi ki, kəməri mənə verdin, yoxsa sənin avtomobilini əzəcəkdim. Mən sənin avtomobilinin park olunduğu yeri bilirəm”.

Onun bu sözlərini zarafat kimi qəbul edən UFC prezidenti, statusu belə şərh edib: “Bu məlumatı atana çatdıracam”.

Qeyd edək ki, Rusiyanı təmsil edən dağıstanlı Həbib Nurmaqomedov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Konorun məşqçisi Dilon Denisi döyüb.

Həbib Nurmaqomedov UFC prezidentini hədələdi