Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 281 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi oğurlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar və video yayılıb. Bildirilir ki, şagird hər kəsin gözü qarşısında metalyığan şəxs tərəfindən oğurlanıb.
Məlumatda qeyd olunur ki, övladının oğurlanmasını eşidən ananın ürəyi gedib. Ətrafdakı insanlar anaya kömək etməyə çalışıblar. Hadisə yerinə polis əməkdaşları gəlib.