Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Brüsseldə keçirilən toplantıda çıxışına Böyük Britaniya baş naziri Tereza Meyin rəqsini təkrarlayan hərəkətlərlə başlayıb.
Oxu.Az xəbər verir ki, zalda əyləşənlər bunu gülüş və alqışla qarşılayıblar.
Qeyd edək ki, ötən həftə Mey Mühafizəkarlar Partiyasının qurultayında ABBA qrupunun mahnısına rəqs edib. Bu isə sosial şəbəkələrdə tənqidə səbəb olub.