Avropanın əsl düşmənləri Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker və Brüsseldəki bürokratlardır.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu İtaliya baş nazirinin müavini Matteo Salvini deyib.
O qeyd edib ki, Brüsselin yürütdüyü sərt qənaət siyasəti İtaliyanın borcunun artmasına və nəticədə ölkənin kasıblaşmasına səbəb olub.
Salvini ümid edir ki, müsbət dəyişiklik 2019-cu ilin may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdən sonra olacaq.