Загрузка...

Müğənni Dilarə Kazımova “ATV maqazin onlarla” verilişinə müsahibə verib.

Medianews.az Axşam.az-a istinadən xəbər verir ki , o, səsini sığorta etdirmək istədiyini deyib:

“Səsimi sığortalayacam. Çünki estetik əməliyyatla nəsə xoşunuza gəlməsə, onu düz-qoş etmək olar. Çox vaxt deyirlər ki, sinə mənim deyil, silikondur. Sinə, dodaqlar, burun hamısı özümündür, əməliyyat etdirməmişəm. Çalışıram özümü belə qəbul edim”.

Müğənni makiyaj da çox etmədiyini bildirib.

“İnanıram ki, makiyajsız da pis deyiləm. Biz sahildə futbol oynayırdıq. Bütün məşhurlar makiyajlı idi. Su içində qalmışdılar. Makiyaj da pis hala düşmüşdü. Mənə eybəcər gəldi”, – deyə o vurğulayıb.