Загрузка...

Məşhur ispaniyalı opera müğənnisi Monserrat Kabalye 85 yaşında vəfat edib.

Oxu.Az bu barədə “RİA Novosti”yə istinadən məlumat yayıb.

Qeyd edək ki, M.Kabalye Barselona xəstəxanalarının birində müalicə alırdı.

Onun sidik kisəsində problemlərin olduğu bildirilirdi.

Monserrat Kabalye Puççini, Bellini və Doniçettinin klassik italyan operalarında çıxışları ilə məşhurlaşıb.