Загрузка...

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ağaməli Kərimov evində münaqişə zəminində qardaşı Ədili bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ağaməli Kərimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.