Загрузка...

Rusiya prezidenti Vladimir Putin Almaniyanın sabiq kansleri Gerhard Şröderin toyuna getməyəcək.

Oxu.Az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

74 yaşlı Şröderin Koreya vətəndaşı Kim So Enlə toyu sabah Almaniyada olacaq. Sabiq kansler üçün bu sayca beşinci evlilikdir.

Qeyd edək ki, Putinin Şröderlə yaxın dostluq münasibətləri var.