Cənubi Afrika Respublikasında (CAR) iki sərnişin qatarı toqquşub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə SABC məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə ölkənin şərqindəki Yohannesburqun Kempton-Parkında baş verib. Məlumata görə, hər iki qatar Pretoriya istiqamətində hərəkət edirmiş.
Güman edilir ki, platformada dayanan qatarlardan birində texniki problem yaranıb. Bu vaxt digər qatar ona çırpılıb.
Hadisə zamanı 150 nəfər xəsarət alıb.