Загрузка...

Britaniya baş naziri Tereza Meyin Mühafizəkarlar Partiyasının qurultayında rəqs etməsi sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Oxu.Az xəbər verir ki, “Twitter” istifadəçiləri baş nazirin ABBA qrupunun mahnısının sədaları altında rəqsini biabırçılıq adlandırıblar.

Bəziləri Tereza Meyi dəlisov yel dəyirmanına, bəziləri isə Mister Binin qadın versiyasına bənzədiblər.

İstifadəçilər Meyin bu cür davranışını baş nazir səviyyəsinə uyğun olmadığını bildiriblər. Elələri də olub ki, onun hərəkətində qeyri-insani əlamətlər görüblər.