Rumıniya əhalisi sayına nisbətən Avropada ən çox siqaret çəkilən ölkədir.
Bildirilir ki, rumınların üçdə-biri siqaret çəkir və bunların yarısı bu vərdişdən əl çəkmək üçün müxtəlif üsullar axtarır. Rumıniyada 6 milyon insan siqaret çəkir. Bir çoxları bu vərdişə 22 yaşına çatmamış alışıb.
Buna baxmayaraq, keçən ilin statikası 110 min nəfərin siqareti tərgitdiyi barədə məlumat verir./Azərtac/