Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub.
“Report” xəbər verir ki, toqquşma nəticəsində xəsarət alan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib.
Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib.