Загрузка...

Dünya bazarında neft bahalaşmaqda davam edir.

Oxu.Az xəbər verir ki, ABŞ-ın İrana qarşı sanksiyalarının tezliklə qüvvəyə minəcəyi ilə bağlı narahatlıq bazara təsirsiz ötüşməyib.

Belə ki, London birjasında “Brent” markalı neftin noyabr fyüçerslərinin qiyməti 0,92 dollar artaraq 82,62 dollara (bir barelin qiyməti) çatıb.

Nyu-York birjasında isə WTI markalı neftin qiyməti 0,85 dollar artaraq 72,97 dollara yüksəlib.