Загрузка...

2019-cu ilin yanvarın 1-dən Tacikistanda ev şəraitində sünnət əməliyyatını etmək qadağan olunacaq.

Oxu.Az xəbər verir ki, buna səbəb qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsidir.

Bu il müvafiq qanuna edilmiş dəyişikliklərə görə, sünnət əməliyyatı valideynlərin razılığı ilə tibb müəssisələrində oğlan uşaqları doğulduqdan sonra ilk 20 gün ərzində pulsuz keçirilir.

Tacikistan Səhiyyə və Sosial Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, prezidentin tapşırığı ilə 2019-cu ilin yanvarın 1-də evlərdə sünnət əməliyyatlarının həkim olmayan şəxslər tərəfindən keçirilməsi qadağandır.

Qeyd edək ki, avqustun 20-də Tacikistan vətəndaşı iki yaşlı oğlan uşağını ev şəraitində sünnət etdirib. Bundan sonra uşaq komaya düşüb.