Загрузка...

“Barselona”nın argentinalı legioneri Lionel Messinin “Yuventus”un portuqaliyalı futbolçusu Kriştianu Ronaldunun adını FIFA səsverməsi üçün ən yaxşı oyunçuların ilk “üçlüyü”nə daxil etdiyi məlum olub.

Oxu.Az xəbər verir ki, beləliklə, Messi tarixdə ilk dəfə Ronalduya səs verib.

O, ilin ən yaxşı futbolçuları sırasında Luka Modriç, Kilian Mbappe və Kriştian Ronaldunu görüb.

Lakin Ronaldu Messini ən yaxşı oyunçular siyahısına daxil etməyib.

Qeyd edək ki, FIFA mükafatlarının təqdimat mərasimi sentyabrın 24-də Londonda keçirilib. Messi və Ronaldu mərasimdə iştirak etməyiblər.