Bakıda iş elan verən şəxs ona müraciət edən xanıma qarşı qeyri-etik münasibət sərgiləyib.
Minval.info xəbər verir ki, Sevda Heydərova ad-soyadlı xanım iş tapmaq üçün elan saytlarını gözdən keçirib. O, Xudaverdi Süleymanovun elanı ilə tanış görüb və şərtlər uyğun olduğundan qeyd edilən nömrə ilə əlaqə saxlayıb.
S.Heydərova ilə danışan X.Süleymanov “sizinlə sonra əlaqə saxlayacağıq” cavabı alıb. Qadın bundan sonra xatırlatmaq üçün yenidən Xudaverdi bəyə “Whatsapp” vasitəsilə mesaj yazıb. Lakin elan saytına vakansiya yeri barədə məlumat yerləşdirən şəxsin yazdığı sözlər bu dəfə işlə əlaqədar olmayıb.
Belə ki, X.Süleymanov Sevda xanıma “gözəl gözləriniz var, iş olacaq, narahat olmayın”, deyə cavab verib. Vakansiya üçün müraciət edən xanım yenidən iş məsələsini xatırlatsa da, dəyişən heç nə olmayıb. Xudaverdi bəy sonda “öpürəm” yazıb və “ürək” işarəsini göndərib bu isə qadının əsəblərini tarıma çəkib. S.Heydərova “qoca kişisən, yaşından utan!” cavabını versə də, iş elanı verən şəxs “min cavana dəyərəm” sözlərini qeyd edib.
Xudaverdi Süleymanovla bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da sözügedən nömrəyə zəng çatmadı.