Загрузка...

Əhvazda terror aktı törədənlər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından maliyyə yardımı alıblar.

Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei bəyan edib.

O bildirib ki, bunu edənlər ən ağır cəza alacaqlar.

“Bu qorxaq işi ABŞ-ın Suriya və İraqda xilas etdiyi, Səudiyyə Ərəbistanı və BƏƏ-nin pul xərclədiyi şəxslər görürlər”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Əhvazda keçirilən hərbi parad zamanı törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 60-dan çox adam yaralanıb.