Загрузка...

FIFA ilin ən yaxşı qolunun müəllifini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu, İngiltərənin “Liverpul” klubunun misirli legioneri Məhəmməd Salahdır.

O, “Everton”la oyunda vurduğu qola görə bu mükafata layiq görülüb.

Londonda keçirilən mərasimdə ilin ən yaxşı baş məşqçinin adı da məlum olub. FIFA-nın versiyasına görə, bu, Fransa yığmasına rəhbərlik edən Didye Deşamdır.

Madridin “Real” klubu və Belçika yığmasının qapıçısı Tibo Kurtua ilin ən yaxşı qolkiperi, “Real”ın xorvatiyalı legioneri Luka Modriç isə ilin ən yaxşı futbolçusu seçilib.