Загрузка...

Rusiya Müdafiə Nazirliyi İsrailin Suriyada İl-20 təyyarəsinin vurulmasında günahını sübut edən yeni məlumatlar açıqlayıb.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Hmeymimdəki hərbi bazada yerləşən S-400 zenit-raket sistemindən əldə olunan məlumatlar hadisəyə görə günahın İsrail Hərbi-Hava Qüvvələri və bu qərarı verənlərin üzərinə düşdüyünü sübut edir.

O qeyd edib ki, İsrail tərəfinin günahsızlığı barədə verdiyi bəyanatlar yalandır.