Загрузка...

İranın Əhvaz şəhərində hərbi paraddakı terror aktından sonra bazar ertəsi, sentyabrın 24-ü milli matəm günü elan edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İran prezidentinin rəsmi saytında məlumat verilir.

Ölkə hökuməti bütün ölənlərin və yaralıların ailələrinə başsağlığı verib.

Qeyd edilir ki, terror aktı nəticəsində ölənlər sentyabrın 24-də torpağa tapşırılacaq.

Bundan əlavə rəsmi Tehran qonşu dövlətləri terror aktında əli olan qruplaşmalara qarşı ciddi tədbirlər görməyə çağırıb.