Загрузка...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fərat çayından şərqdə yerləşən ərazini Suriyanın ən təhlükəli regionu adlandırıb.

Oxu.Az xəbər verir ki, bu ərazi Suriya kürdlərinin nəzarətindədir.

“Hazırda Suriyanın gələcəyi üçün ən ciddi təhdid terror bataqlığıdır”, – Ərdoğan deyib.

Prezident ABŞ-ı nəzərdə tutaraq qeyd edib ki, bataqlıq Ankaranın bəzi tərəfdaşlarının dəstəyi nəticəsində genişlənir.