Загрузка...

Britaniyalı milyonçu Nadim Ednan-Laperuzanın qızı Nataşa hava limanında yediyi sendviçdən sonra London-Nitsa reysini yerinə yetirən təyyarədə allergiya tutmasından dünyasının dəyişib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə bazar günü, sentyabrın 23-də, The Daily Mail nəşri yazır.

“British Airways” aviaşirkətinin təyyarəsinə minməzdən əvvəl Nataşa “Pret a Manger” kafesində zeytun və artişokla sendviç yeyib.

Təyyarəni göyərtəsində 15 yaşlı qızda güclü allergiya reaksiyası başlayıb. Nataşanın atasının ona üç doza epinefrin vurmasına baxmayaraq, qızın ürəyi dayanıb.

Həkimlərin fikrincə, reaksiyaya çörəyə əlavə edilən küncüd tumları səbəb ola bilər. Britaniya qanunlarına əsasən, küncüd qablaşdırılmada göstərilən 14 allergik əlavənin siyahısına daxildir. Lakin bu tələb yeməyin hazırlandığı və bir gündə satıldığı iaşə müəssisələrinə aid deyil.

Nadim Ednan-Laperuza “Wow Toys” oyuncaq şirkətinin təsisçisidir.