Загрузка...

Səudiyyə Ərəbistanının dövlət televiziya kanalında ilk dəfə qadın aparıcılıq edəcək.

Oxu.Az xəbər verir ki, qadın jurnalist Al-Dahil kişi həmkarı ilə birgə veriliş aparacaq.

Hazırda Səudiyyə Ərəbistanında işçi qüvvəsinin 22 faizini qadınlar təşkil edir.

Şahzadə Məhəmməd bin Salman istəyir ki, 2030-cü ilədək qadınlar ölkədə işçi qüvvəsinin 1/3 hissəsini təşkil etsin.