Загрузка...

“Qadınlar onun istədiyi kimi görünənə qədər plastik əməliyyata göndərirdi”

Türkiyədə Adnan hoca olaraq tanınan Adnan Oktarla bağlı aparılan istintaq və etirafçı ifadələri gündəmin əsas müzakirə mövzularndadır. Bu günlərdə isə A.Oktarın “sağ əli” adlandırılan, 30 il boyunca onun yanında olan Ayça Pars cinayətkar dəstə daxilində yaşananlarla bağlı etirafçı ifadələr verərək, azadlığa çıxıb.

Musavat.com Türkiyə mediasına istinadən yeni ifadələrdən müəyyən detalları diqqətə çatdırır. 

A.Pars öncə bildirib ki, türməyə girdikdən sonra azad olub: “30 il sonra gələn bir azadlıq. Fiziki olaraq da, beyin olaraq da, vicdani baxımdan da azad oldum. Çünki vicdanımız təzyiq altında idi. Deyilən şəkildə düşünmə, Qurani Kərimi deyilən şəkildə şərh etmək məcburiyyətində idik”.

Pars bildirib ki, 17 yaşında kollecdə oxuyan dostları ilə bağ evində qalanda onlara dini məlumatlar verən və o vaxt “Adnançılar” olaraq tanınan bəzi insanlarla tanış olub. Bir müddət sonra isə İstanbulun Ortaköy bölgəsində yerləşən evə aparılaraq Adnan Oktarla tanış edildiyini deyib.Ətrafındakı insanların da onun kimi dinlə maraqlandığını görəndə isə onlara etibar edib: “Yaşadığımız çevrəyə görə dindən bir az uzaq idik. Mən dinimi öyrənmək, yaşamaq istəyirdim, amma çevrəmdə heç kimsə yox idi. Bir də baxdım ki, burada elə bir çevrə var. Mən də inancımı bunlarla yaşamaq istədim. Həm çevrəmdən qopmayıb, həm də dinimi yaşamaq arzusunda idim”.

Dini mövzularla həmin illərdə çox maraqlandığını deyən Pars daha sonra yaşadıqları barədə belə danışır: “Yavaş-yavaş, mərhələ-mərhələ bu sistemin içinə daxil oldum. Boğaziçi Universiteti riyaziyyat fakültəsinə qəbul olmuşdum. Universitetdə oxuyanda da o insanlar məktəbə gəlirdi. Sonra kiçik-kiçik qruplara ayırdılar. Bizi də o qruplara daxil edərək, daim iclaslar keçirilirdi. O iclaslarda dini mövzular barədə müzakirələr aparılır, ayələr əzbərlətdirilirdi”.

 

Adnan Oktarın “kedicik”lərinin niyə bir-birinə bənzədiyi üzə çıxdı – şok ifadə

 

“HƏR KƏSİ TƏK-TƏK SEÇƏRƏK QRUPLARA AYIRDI”

Pars bu formada Adnan Oktar qrupuna daxil olduğunu deyərək, aşağıdakıları vurğulayıb: “Universitetdən məzun olandan sonra peşəmlə məşğul ola bilmədim. Onların içində ikən əvvəl kitab çalışması üçün kitabxanalara girərək, tərcümə və redaktələr edirdik. Bu qrupdakıların bir müddət sonra evdən bayıra çıxmaları, ailələri ilə görüşmələri qadağan olundu. Əsas olaraqsa çox adamla tanış olduqları göstərildi. Hər kəsi bu formada xarici dünyadan qoparacaq, təşkilat ierarxiyasında yer alacaq formada təlimatlandırırdı. Bu təşkilat 1990-cı illərin ortalarından etibarən ierarxik bir quruluşa büründü. O zaman birinci qrupa təbliğat qrupu deyildi. Bunlar, gözəl qızlar və nüfuzlu ailələrə malik şəxslərdən ibarət idi. Oktar ierarxik quruluş daxilində heç də hər kəslə görüşmür, “birinci qrup” içindən seçdiyi imamlar vasitəsilə digər qruplara təsir göstərməyə çalışırdı”.

Pars daha sonra bildirib ki, Oktar hər kəsi tək-tək seçərək qruplara ayırır, sonra da sadəcə 30-40 nəfərlik birinci qrupun içindəkilərlə görüşürmüş. Təşkilat içində bir müddət toplu ayrılmaların yaşandığı, Oktarın onların yanından gedən şəxsləri düşmən elan etdiyi da Parsın dedikləri sırasında idi: “Oktar geridə qalanlara bu şəxslərlə əlaqə qurulmasını qadağan etmişdi. Bundan başqa, onlara qarşı sosial mediada etibarsızlaşdırma, həqarət etmə, aşağılama, hüquqi olaraq onları pis vəziyyətə salacaq cinayət əməlləri edildi. Hüququn açıq tərəflərindən istifadə edilirdi. Təşkilatdan ayrıldıqları zaman gedə biləcəkləri bir qapıları olmasın deyə xüsusən kişi üzvlərin ailələrini iflasa sürükləyəcək üsullardan istifadə olundu”.

Parsın bildirdiyinə görə, ierarxik quruluş daxilində “imamlar”, “müttəfiqlər” kimi qruplar yaradılıb. Oktar da özünü ən böyük imam, yəni, “Ulu’l əmir” pozisiyasında görüb. Təşkilatın bir üzvünü hansısa formada kriminal əmələ sövq edib, daha sonra onu özünə bağlayan Pars bu cür hərəkətlərlə insanların başlarına gələcəklərdən qorxduqları üçün təşkilatdan ayrılmadıqlarını deyib.

“30 İL SONRA GƏLƏN BİR AZADLIQ”

Pars, özünün də daha öncə ayrılmaq istədiyini, ancaq başına gələcəklərdən qorxduğu üçün bu addımı atmadığını deyib: “Mən də indi açıqlayıram, amma dövlətimizin qərarlılığına inandığım üçün rahatlıqla danışıram. İndi də mənə sosial media vasitəsilə hücum edirlər, amma vicdanən mən bunu edirəm. Türməyə girdikdən sonra azad oldum. 30 il sonra gələn bir azadlıq. Fiziki olaraq da, beyin olaraq da, vicdan baxımdan da azad oldum. Çünki vicdanımız təzyiq altında idi. Hər şeyi onların dedikləri kimi qəbul etməliydik. Hazırda vicdan və iradə baxımdan azad olduğumu deyə bilərəm”.

“QADINLARIN TƏK BAŞINA BAYIRA ÇIXMALARI QADAĞAN İDİ”

Kısıklı bölgəsindəki bir təşkilat evində qaldığını, uzun müddət Kandillidəki evdə də yaşadığını deyən Pars aşağıdakıları da açıqlayıb: “Biz qadınlar bir AVM-yə və ya xəstəxanaya təkbaşına çıxa bilməzdik. Daim bir şahidin yanımızda olması şərt idi. Ailənizlə, ananızla görüşəndə belə yanınızda o şahidlə getməniz lazım idi. Bir çox ailə qızlarını xilas etmək üçün cəhdlər etsə də, Oktar onları təşkilat içində saxlamaq üçün saxta nikah kimi bir çox üsullardan istifadə edirdi. Bir çox qız təşkilat içində heç görüşmədiyi kişilərlə saxta olaraq, kağız üstündə evləndirilərək, təşkilata bağlı hala gətirilirdi. Qaydalara tabe olmayan qadınlara müxtəlif növ işgəncələr edilirdi. Oktar özü çox şiddət tətbiq edirdi. Yumruqlar, sillələr, aşağılama, həqarət, yerdə süründürmə, it təqlidi etdirmə kimi cəzalar verirdi. Kişilərə gücü çatmadığı üçün bunu qadınlara qarşı tətbiq edirdi. Əlləri ilə saçını yolur, yediyi yeməyi başından aşağı tökürdü. Bunun kimi müxtəlif növ şiddətə yol verirdi”

 

Adnan Oktarın “kedicik”lərinin niyə bir-birinə bənzədiyi üzə çıxdı – şok ifadə

 

“VƏZİFƏM ONLARIN XƏTALARINI KAMUFLYAJ ETMƏKDİ”

Pars, qrupa aid A9 kanalında efirə cavabdeh olduğunu deyib: “Oktarın canlı yayımlarını çəkirdim. Orada hər şey Adnan Oktarın nəzarətində idi. Hansı dəqiqədə kimin girəcəyi, canı istədiyi zaman fasilə verib, yenidən başladırdı. Biz onun dediklərini problemsiz olaraq icra edirdik. Çəkiliş bucaqlarını özü müəyyən edirdi. Qabağına qoyduğu tabletlərə baxar, ordan da bütün məlumatları oxuyurdu. Amma özü heç bir mövzuda məlumat sahibi deyildi. Kiçik yaşlardakı qadın üzvləri televiziyada göstərmək istəməzdi. Vəzifəm onun xətalarını kamuflyaj etmək idi”.

“TƏLİMATLARI TÜRMƏYƏ DƏ GƏLİRDİ”

Pars eyni zamanda bildirib ki, A.Oktar hazırda türmədəki tərəfdarlarına da xəbərlər yollayır. Onlara “yaxın zamanda hamımız azadlığa çıxacağıq, Adnan Oktar da başa gələcək, hamımız bu ölkənin rəhbərliyinə gətiriləcəyik” deyərək xəyali bir dünya içində yaşayırlar: “Zənn edirlər ki, Adnan Oktarı içəridən çıxarıb, Mehdi olaraq başa gətirəcəklər. Türmələrdəki kameralarda iki nəfər qalırdı. Vəkillər vasitəsilə bizə xəbər gəlirdi. İnsanların ailələrindən mədət ummaması üçün hər kəsə pul göndərilirdi. Kameralara televizor alınırdı. Hər kəsdən ehtiyacları soruşulurdu. Oktardan daim motivasiyanı aktiv tutacaq xəbər gətirilirdi. Vəkillər vasitəsilə ‘Bunu yeyin, bunu yeməyin”ə qədər müdaxilələr olurdu”.

 

Adnan Oktarın “kedicik”lərinin niyə bir-birinə bənzədiyi üzə çıxdı – şok ifadə

“OKTARIN İSTƏDİYİ BƏLLİ BİR QADIN MODELİ VAR”

Oktarın tərcih etdiyi bir qadın modeli olduğunu deyən Pars təfərürrüatları da açıqlayıb: “O qadınlara müxtəlif cür kosmetik müdaxilələr etdirilirdi. Bəzilərinin üzlərinə estetik müdaxilə edildi. Adnan Oktarın istədiyi bəlli bir model var. O modelə bənzəyənə qədər botoks, dolğu etdirməsi, silikon qoydurmasında israr edirdi. Bu cür olmayanları yanında saxlamırdı”.

A.Pars Oktara “hər kəsin aşiq olduğu adam” imicinin verilməyə çalışıldığını deyib: “Bir siyahı hazırlanırdı. Adnan Oktarla şəkli olmayan qadınların mütləq onunla şəkil çəkdirib, sosial mediada paylaşmaları tələb edilirdi. Hər kəsin mütləq Adnan Oktarı nə qədər sevməsi ilə bağlı bir paylaşım etməsi məcburi idi. Bu paylaşımı etməyənlərə cəza verilirdi. Təşkilatdan çıxanlar əleyhinə paylaşımlar edilməsi tələb edilirdi. Bayırdan görünənlə içəridəki durum arasında ciddi fərqlər vardı. Bu adama nə qədər yaxınlaşsanız, o qədər də ordan qaçmaq istəyirsiniz. Amma cəsarət göstərmək çətin məsələdir. Adnan Oktar ona bağlı qadınlarla imam nikahına girir, imam nikahına girmədiklərini isə “cariyə” olaraq yanında saxlayırdı. İki şahid tutub, “aldım səni” deyərək, 1 lirə mehir pulu verirdi. Ordakı qadınların hamısı bu şəkildə Adnan Oktara bağlı idi”.