
Rusiyanın dəstəyi nəticəsində Nikol Paşinyanın həbsxanasından qurtulan və Moskvaya qayıdan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə münsibət bildirib. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Y.Xaçaturov son vaxtlar Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan ciddi narahatlıq keçirdiyini bildirib. Bunun ardınca o, açıq şəkildə Azərbaycanı ittiham, işğalçı Ermənistanı müdafiə mövqeyindən çıxış edib. […]