Загрузка...

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbulda təşkil olunan vida mərasiminin görüntüləri yayılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, öz ofisində həmvətəni Gözəl Dəmirov tərəfindən güllələnən İsmayılovun vida mərasimi dünən ikindi namazı vaxtında Floriya Yeni Camisində düzənlənib.

Sevil Nuriyeva həyat yoldaşının İstanbuldakı vida mərasimində - FOTO
Vida mərasiminə ictimaiyyətin tanınmış nümayəndələri qatılıb. Baş nazir Əhməd Davudoğlunun, İstanbul Polis İdarəsinin müdiri Mustafa Çalışkanın iştirak etdiyi mərasimdə mərhumun həyat yoldaşı, Star qəzetinin köşə yazarı Sevil Nuriyeva təziyələri qəbul edib.

Sevil Nuriyeva həyat yoldaşının İstanbuldakı vida mərasimində - FOTO
Cənazə namazından sonra Etimad İsmayılovun cənazəsi dəfn olunmaq üçün Bakıya gətirilib.

Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. Onun teleaparıcı Sevil Nuriyeva ilə evliliyindən bir azyaşlı oğlu var.

Sevil Nuriyeva həyat yoldaşının İstanbuldakı vida mərasimində - FOTO
Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov hadisədən bir neçə saat sonra polislər tərəfindən sürücüsünün telefonunun izlənilməsi sayəsində ələ keçib. Dəmirovla bərabər sürücüsü Barış A.-da polislər tərəfindən saxlanılıb. Barış A.-nın avtomobilində cinayətdə istifadə edilən “Glock” markalı tapança aşkar edilib.

Sevil Nuriyeva həyat yoldaşının İstanbuldakı vida mərasimində - FOTO
Polisdəki ifadəsi zamanı Dəmirovun İsmayılovla birgə ticarət mərkəzi işlətdikləri, eləcə də qida və elektronika ticarəti sahəsində ortaq çalışdıqları bəlli olub. Dəmirov İsmayılova birgə çalışdıqları şirkətin 2%-ni verəcəyini bildirsə də, sonradan bəzi problemlər ucbatından bunu həyata keçirə bilməyib.

Bundan sonra İsmayılov Dəmirovu təhdid edərək, gecikmə ucbatından zərər görəcəyini bildirib. Dəmirov özü və ya övladlarına hansısa zərərin gələcəyini düşünərək, İsmayılovun ofisinə gedib və atəş açaraq onu öldürüb.

Dəmirov polisə ifadəsində bildirib ki, o bu qətli törətməsəydi, İsmayılov onu öldürəcəkdi.

Sevil Nuriyeva həyat yoldaşının İstanbuldakı vida mərasimində - FOTO
Sevil Nuriyeva həyat yoldaşının İstanbuldakı vida mərasimində - FOTO