Загрузка...

Türkiyənin antiinhisar komitəsi “Google” şirkətini 93 milyon türk lirəsi (15 milyon dollar) məbləğində cərimə etmək barədə qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, belə qərara səbəb mobil qurğular üçün proqram təminatı sahəsində rəqabət haqqında mövcud qanunvericiliyin pozulmasıdır.

Cərimə “Google”, “Google International” və “Google Reklamcilik” şirkətlərinə tətbiq edilib.

Adıçəkilən şirkətlər 6 ay ərzində pozuntuları aradan qaldırmalı və bazarda effektiv rəqabəti bərpa etməlidirlər.