Загрузка...

İrəvan Şəhər Şurasına keçirilən seçkidən öncə baş tutan gərgin mübarizə təsadüfi deyil.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “168 Jam” qəzeti yayıb.

“Təşviqat kampaniyasının başlanğıcından Vətəndaş Müqaviləsi Partiyasının namizədinin böyük qələbə üçün bütün imkanlarının olacağı aydın idi, amma sonradan məlum oldu ki, İrəvan merinin seçilməsindən sonra parlamentin işinin iflic edilməsi və bunun sayəsində növbədənkənar seçkinin təşkili məsələsi təhdid altındadır. Milli Təhlükəsizlik Xidmətinin məxfi sorğusu göstərir ki, hökumətin dəstəklədiyi Mənim Addımım Blokunun namizədi Ayk Marutyan seçkidə favoritdir. Lakin buna rəğmən o, Naira Zöhrabyanı çox az səslə üstələyir. Üstəlik, Artak Zeynalyan və Daşnaksütyunun namizədi Mikayıl Manukyanın şansları da artıb. Böyük ehtimalla Marutyan mer olacaq, amma onun əldə etdiyi səs Paşinyanı razı salmayacaq. Çünki bundan istifadə edərək, o, növbədənkənar parlament seçkisinə gedə bilməyəcək”, – deyə qəzet bildirib.