Загрузка...

Mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Növbəti prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyəcək.

Növbəti məhkəmə iclası sentyabrın 21-nə təyin edilib.

Bildirək ki, M.Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib. O, daha bir neçə nəfərə qarşı 100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinir.

Firəngiz Ulutürk ona dəymiş zərərin ödənilmədiyini bildirib və şikayətçi olduğunu qeyd edib.

M.Şəmsiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Sonuncu iclasda Firəngiz Ulutürk ona dəymiş zərərin ödənilmədiyini bildirib və şikayətçi olduğunu qeyd edib.