Загрузка...

Bakının mərkəzində yerləşən gecə klubu “Infiniti” bağlanıb.

BAKU.WS xəbər verir ki, gecə klubu artıq 3 gündür ki fəaliyyət göstərmir. Xüsusilə, ərəblərin sevimli məkanına çevrilmiş gecə klubunun bağlanması ilə bağlı konkret səbəb məlum deyil.

Ancaq qeyd edə bilərik ki, bir müddət öncə sözügedən gecə klubundan reportaj mətbuatda yayımlanmışdı. Ərəblərin gecə həyatından bəhs edən reportajda “Infiniti” klubun qarşısında qadın alveri ilə bağlı görüntülər əks olunmuşdu.

Qalmaqallı reportajdan qısa müddət sonra gecə klubunun bağlanması bir çox suala cavab verir.