Загрузка...

Dünyada ən yaşlı televiziya aparıcılarından biri olan britaniyalı yazıçı Denis Norden vəfat edib.

Oxu.Az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, teleaparıcı 96 yaşında dünyasını dəyişib.

Norden ilk televiziya şoularının yaradıcılarından biri hesab olunur. O həmçinin Hollivud filmləri üçün ssenarilər yazıb.

Qeyd edək ki, Norden televiziyadakı fəaliyyətini 2006-cı ildə bitirib.