Загрузка...

Rusiyalı milyarder Oleq Deripaskanın Ermənistandakı biznesi ABŞ sanksiyaları üzündən ziyanla üzləşib.

Oxu.Az RBC agentliyinə istinadən xəbər verir ki, Deripaskaya məxsus “Armenal” zavodu istehsalı azaltmaq və əməkdaşlarının bir hissəsini ixtisara salmaq məcburiyyətində qalıb.

Buna səbəb kimi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları üzündən zavodun istehsal etdiyi məhsula tələbatın azalması göstərilir.

“Armenal” zavodunda istehsal olunan məhsul əsasən Şimali Amerika və Avropaya ixrac olunurdu.

Qeyd edək ki, aprelin 6-da Vaşinqton alüminium istehsalı ilə məşğul olan “UC Rusal” şirkətini və onun sahibi Oleq Deripaskanın adını sanksiya siyahısına daxil edib.