Загрузка...

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın “Sportinq” klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Medianews.az sport24.az-a istinadən bildirir ki, Ağdam klubunun çalışdırıcısı komandadakı son durumla bağlı bunları söyləyib:

“Simeon Slavçevlə Dani Kintana “Sportinq”lə oyunu dəqiq buraxacaq. Ancaq Slavçev artıq fizioterapevtin nəzarəti altında qaçmağa başlayıb. Dani də bərpa prosesi keçir. Miçel isə 2 gündü komandayla məşq edir”.

Baş məşqçi kapitan Rəşad Sadıqovun oynamayacağını da dilə gətirib: “Dizindən zədə alıb. Azı 4-5 gün dincəlməlidi. Amma o, bir daha müayinədən keçəcək. Görünən odu ki, qarşıdakı oyunu buraxacaq”.