Загрузка...

ARB TV-nin “Səhər-Səhər” verilişində qadınların içki içməsinə olan münasibət müzakirə olunub.

Oxu.Az xəbər verir ki, məsələyə münasibət bildirən Əli Mirəliyev maraqlı açıqlama verib.

O həyat yoldaşının içki içdiyini bildirib:

“Mənim yoldaşım da evdə hər gün içir. Qabları da yumur, mən yuyuram”, – deyə Mirəliyev söyləyib.

Verilişdə qonaq olan müğənni Ramal İsrafilov isə onun evdə olan hadisələri efirdə deməsini qınayıb.