Загрузка...

Ukraynada turistlər üçün intim xidmətlər təşkil edən Azərbaycan və Türkiyə vətəndaşları mühakimə edilib.

Medianews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ölkənin bəzi otelləri yüngül əxlaqlı qadınlarla əylənmək istəyən turistlərin məkanı olub.

Azərbaycan və Türkiyə vətəndaşları bu otellərdə turistlərə intim xidmətlər təklif edib. Onlar dil bilmələrindən istifadə edərək, Xarkov şəhərinə “bazar günü turu”na gələn Türkiyə vətəndaşları üçün seks məclisləri təşkil edərək, maliyyə çətinliyi olan qadınları turistlərlə görüşdürürmüşlər.

Turistlərdən görüşlərin təşkil edilməsi üçün 1,5 min qriven (90 AZN) alınırmış. Bu zaman həmin pulun 500 qrivenini (30 AZN) təşkilatçılar özlərinə götürürmüşlər.

Ukrayna məhkəməsinin qərarı ilə onların hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.