Загрузка...

Moskvada Azərbaycanın “NIKOIL Bank” bankının İdarə heyətinin keçmiş sədri Vasili Xamaza saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Moskva“ şəhər xəbərləri agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə əsasən, 60 yaşlı V.Xamaza sentyabrın 17-də Qaribaldi küçəsində tutulub.

V.Xamaza Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və vəsaitlərin mənimsənilməsi ittiham olunur.

Sabiq bank rəhbəri 2005-ci ildən 2017-ci ilin iyulunadək İdarə heyətinin sədri olduğu “NIKOIL Bank”dan onlarla milyon manat vəsaitin mənimsənilməsində günahlandırılır. O, beynəlxalq axtarışa verilib.