Загрузка...

İstanbulun mərkəzindəki valyutadəyişmə məntəqəsində baş verən qarətlə əlaqədar Ermənistan və Rusiya vətəndaşları saxlanılıb.

Oxu.Az Türkiyənin “Haberler” nəşrinə istinadla xəbər verir ki, qarətdən sonra şübhəli şəxslər Bursaya gediblər və burada polis tərəfindən yaxalanıblar. Onların qaldığı otel nömrəsində oğurladıqları pul və qızılların əksəriyyəti aşkar edilib.

Qeyd edilib ki, saxlanılanlardan biri Ermənistan vətəndaşı Qevorq A.-dır.

Xatırladaq ki, 20 saniyəlik qarət zamanı cinayətkarların “peşəkarlığı” Türkiyədə böyük əks-səda doğurub.