Загрузка...

Sosial şəbəkədə “sərt çeçen toyu”nun video-görüntüləri yayımlanıb. Videoda toy kortejinin keçidi zamanı düşən mübahisə əksini tapıb.

Oxu.Az xəbər verir ki, insident dava ilə nəticələnib və bu zaman silah səsləri eşidilib.

Qroznıdan olan istifadəçi Adani Umayev “Facebook” hesabında məsələ ilə bağlı yazıb ki, onun vətənində keçirilən toy mərasimlərində daim belə mübahisələr olub.

Dava iştirakçıları daha sonra respublika kanalının efirində xalqdan üzr istəyib. Bəzi sakinlər Çeçenistanda bu cür üzrlərin yayılmasına qarşı çıxıblar.