“Xəzər TV”də aparıcı Zümrüd Bədəlovanın təqdimatında yeni “X maqazin” adlı veriliş yayıma başlayıb.
BAKU.WS xəbər verir ki, verilişdə qonaq olan tanınmış radio aparıcısı Şəhla Vakkas maraqlı açıqlamalar verib.
Çiçək kimi məşhurlaşan Ş. Vakkas bunları deyib:
“13 yaşımdan radiodayam. Mənim üçün radio əyləncə idi. Balaca idim, bilmirdilər nə desinlər, ay bizim balamız, çiçəyimiz deyirdilər. Elə-elə də qaldı. Çox qısa saçlarım var idi. Kim məni görürdüsə deyirdi ki, budur Çiçək? Yadımdadır, o vaxtlar Nüsrət Kəsəmənli məndən yazırdı, məni pisləyirdi. Anam-atam isə deyirdi ki, cavab vermə ona, səndən böyükdür. Bir gün o, radiomuza qonaq gəldi. Məni görəndə dedi ki, Çiçək sənsən? Başını tutub dedi ki, ay Allah, mən kimin haqqında nə yazmışam. Allah rəhmət eləsin”.