Загрузка...

Rusiyada yaşayan məşhur gürcü iş adamı Badri Şengeliya bu gün qətlə yetirilib. Hadisə Leninqrad vilayətində baş verib.

Yolda Şengeliyanın qara rəngli “Mercedes S500” markalı А888УВ47 dövlət nömrə nişanlı avtomobilini yüksək sürətlə hərəkət edən ağ rəngli, Finlandiyaya məxsus dövlət nömrə nişanlı “Mercedes” ötüb və həmin maşından Şengeliya güllələnib. O, hadisə yerində ölüb.

Badri Şengeliya Sankt-Peterburqda kifayət qədər tanınmış iş adamıdır. 11 il əvvəl onun köməyi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları nüfuzlu iş adamı Vladimir Barsukov-Kumarini həbs etmişdilər. Kumarin Peterburqun “gecə qubernatoru” hesab edilirdi. Şengeliyanın sözlərinə görə, o, dəfələrlə Kumarinin müxtəlif şəxslərin tutulması və qətlə yetirilməsi barədə əmrlərinin şahidi olmuşdu.

Virtualaz.org